Vergi Xidmətləri

“Vergi yükünüzü yüngülləşdirin – etibarlı vergi tərəfdaşınız yanınızdadır!”

Niyə biz?

Vergi sahəsində düzgün yanaşma – biznesin ayaqda qalmasının və böyüməsinin əsas şərtidir.
Vergi öhdəliklərini anlamaq və icra etmək bəzən çətin ola bilər. Məhz buna görə biz sahibkarların yanında olur, onların vergi sahəsindəki bütün proseslərini tam nəzarətə götürürük.

Sizi cərimələrdən, gecikmələrdən və əlavə xərclərdən qoruyur, qanunvericiliyə uyğun, lakin maksimal şəkildə optimallaşdırılmış vergi planlaması təqdim edirik.

Biz necə işləyirik?

  1. Vergi vəziyyətinizi analiz edirik
    – Mövcud öhdəliklər, risklər və potensial optimallaşdırma yollarını müəyyənləşdiririk.
  2. Qanunvericiliyə uyğun vergi planlaması hazırlayırıq
    – Gəlirlərinizə və fəaliyyət sahənizə uyğun şəkildə.
  3. Aylıq, rüblük və illik vergi hesabatlarınızı hazırlayırıq və təqdim edirik
    – Vergilər Nazirliyi, Statkom və digər qurumlara.
  4. Vergi yoxlamalarında sizi təmsil edirik və müdafiə edirik
    – Sənədləşmə, yazışma, izahatların verilməsi.
  5. Gündəlik vergi suallarınıza dəstək veririk
    – Real vaxtda cavablandırma və məsləhət xidməti.

Xidmətlərimizə daxildir:

  • Vergi uçotunun qurulması və idarə olunması
  • ƏDV, mənfəət, sadələşdirilmiş, gəlir, muzdlu işə görə vergi hesabatlarının hazırlanması
  • Elektron vergi hesabatlarının (e-taxes) hazırlanması və göndərilməsi
  • Vergi planlaması və optimallaşdırma
  • Vergi risklərinin qiymətləndirilməsi və minimuma endirilməsi
  • Yoxlama zamanı vergi orqanları ilə yazışmalar və hüquqi müşayiət
  • Qeydiyyat və ləğv proseslərində vergi müşayiəti
  • Yeni fəaliyyət növü və VÖEN üzrə məsləhət

Sizi nə üçün təmsil edirik?

  • Etibarlı: Çünki biz qanunvericiliyi və praktikanı dərindən bilirik.
  • Hesabatlı: Çünki bütün addımlar sənədləşdirilir və izlənir.
  • Peşəkar: Çünki komandamız bu sahədə sertifikatlı mütəxəssislərdən ibarətdir.

İş ortağınız yox, maliyyə komandanız oluruq

Biz sadəcə xidmət göstərmirik – sizin maliyyə tərəfdaşınıza çevrilirik.
Hər ay, hər rüb, hər vergi dövründə – sizə vaxtında xəbərdarlıq edir, sizi yönləndirir və yükünüzü azaldırıq.

Vergi Xidmətləri Paketlərimiz

Sahibkarlıq fəaliyyətinizə uyğun fərqli vergi xidmət paketlərimiz mövcuddur.
İstər mikro sahibkar, istər iri müəssisə olun – sizin üçün uyğun modelimiz var.

Düyməyə klikləyərək paketlərimizlə tanış olun

Sifariş Forması