Kadr Xidmətləri

“Kadr uçotu bizim üzərimizdə – siz isə işinizə fokuslanın!”

Xidmət haqqında

Əmək münasibətlərinin düzgün qurulması və sənədləşməsi hər bir şirkət üçün hüquqi sabitliyin əsas şərtidir.
Biz kadr uçotunun təşkili, əmək qanunvericiliyinə uyğun sənədləşmə və əməkdaşlarla münasibətlərin rəsmiləşdirilməsi sahəsində sizə tam peşəkar xidmət göstəririk.

Siz yalnız işinizə fokuslanırsınız, sənədləşmə və yoxlamalarla bağlı heç bir stress yaşamırsınız. Bütün proseslər tərəfimizdən qanunauyğun və dəqiq şəkildə idarə olunur.

İş prosesimiz necədir?

  1. Hazırkı kadr uçot sisteminin təhlili və risklərin aşkarlanması
  2. Kadr sənədlərinin hazırlanması və standartlaşdırılması
  3. İşə qəbul və işdən çıxma prosedurlarının təşkili
  4. Əmək müqavilələrinin hazırlanması və qeydiyyatı
  5. Əmrlərin və digər sənədlərin hazırlanması
  6. Aylıq və illik kadr hesabatlarının tərtibi
  7. Kadr arxivinin yaradılması (elektron və ya kağız formatda)
  8. Əmək Müfəttişliyi və DSMF yoxlamaları zamanı müşayiət və dəstək
  9. Şirkətə xüsusi uyğunlaşdırılmış daxili kadr sənədlərinin hazırlanması

Xidmətlərimizə daxildir:

  • Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğvi
  • İşə qəbul sənədlərinin hazırlanması
  • İşdən çıxma ilə bağlı prosedurların icrası
  • Məzuniyyət və ezamiyyət əmrlərinin hazırlanması
  • Əmək haqqı və məzuniyyət cədvəllərinin tərtibi
  • Şəxsi işlərin formalaşdırılması və saxlanılması
  • Əmək kitabçalarının doldurulması (tələb olunarsa)
  • Əmək qanunvericiliyi üzrə məsləhətlərin verilməsi
  • Məzuniyyət və iş rejimi sənədlərinin düzgün hazırlanması
  • Mütəmadi olaraq kadr uçotu ilə bağlı yoxlamalara hazır vəziyyətin təmin olunması
  • Dövlət portallarında əmək müqavilələrinin qeydiyyatı və idarə olunması
  • İSB.az saytında işçilərin sığortalanması
  • Aylıq tabel uçotun tərtib edilməsi
  • Məzuniyyət, işə qəbul, xitam və s. əmrlərin hazırlanması

Kadr uçotunun düzgün aparılmaması hansı riskləri yaradır?

  • Cərimələr və sanksiyalar
  • İşçinin iddiası ilə məhkəmə problemləri
  • Sığorta və sosial ödənişlərdə uyğunsuzluqlar
  • Yoxlama zamanı fəaliyyətin dayandırılması riski

Biz bu problemlərin heç birinə yol vermədən, sizə uyğun həll yolları təqdim edirik.

Kadr xidmətləri paketlərimiz

İşçi sayınız, fəaliyyət sahəniz və ehtiyaclarınıza uyğun olaraq fərqli paketlər təklif edirik.
Əməkdaşlarınız üçün rahatlıq, sizin üçün tam nəzarət təmin edirik.

Düyməyə klikləyərək paketlərimizlə tanış olun

Sifariş Forması