Kadr Xidmətləri
“Kadr uçotu bizim üzərimizdə – siz isə işinizə fokuslanın!”
Xidmət haqqında
Əmək münasibətlərinin düzgün qurulması və sənədləşməsi hər bir şirkət üçün hüquqi sabitliyin əsas şərtidir.
Biz kadr uçotunun təşkili, əmək qanunvericiliyinə uyğun sənədləşmə və əməkdaşlarla münasibətlərin rəsmiləşdirilməsi sahəsində sizə tam peşəkar xidmət göstəririk.
Siz yalnız işinizə fokuslanırsınız, sənədləşmə və yoxlamalarla bağlı heç bir stress yaşamırsınız. Bütün proseslər tərəfimizdən qanunauyğun və dəqiq şəkildə idarə olunur.
İş prosesimiz necədir?
- Hazırkı kadr uçot sisteminin təhlili və risklərin aşkarlanması
- Kadr sənədlərinin hazırlanması və standartlaşdırılması
- İşə qəbul və işdən çıxma prosedurlarının təşkili
- Əmək müqavilələrinin hazırlanması və qeydiyyatı
- Əmrlərin və digər sənədlərin hazırlanması
- Aylıq və illik kadr hesabatlarının tərtibi
- Kadr arxivinin yaradılması (elektron və ya kağız formatda)
- Əmək Müfəttişliyi və DSMF yoxlamaları zamanı müşayiət və dəstək
- Şirkətə xüsusi uyğunlaşdırılmış daxili kadr sənədlərinin hazırlanması
Xidmətlərimizə daxildir:
- Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğvi
- İşə qəbul sənədlərinin hazırlanması
- İşdən çıxma ilə bağlı prosedurların icrası
- Məzuniyyət və ezamiyyət əmrlərinin hazırlanması
- Əmək haqqı və məzuniyyət cədvəllərinin tərtibi
- Şəxsi işlərin formalaşdırılması və saxlanılması
- Əmək kitabçalarının doldurulması (tələb olunarsa)
- Əmək qanunvericiliyi üzrə məsləhətlərin verilməsi
- Məzuniyyət və iş rejimi sənədlərinin düzgün hazırlanması
- Mütəmadi olaraq kadr uçotu ilə bağlı yoxlamalara hazır vəziyyətin təmin olunması
- Dövlət portallarında əmək müqavilələrinin qeydiyyatı və idarə olunması
- İSB.az saytında işçilərin sığortalanması
- Aylıq tabel uçotun tərtib edilməsi
- Məzuniyyət, işə qəbul, xitam və s. əmrlərin hazırlanması
Kadr uçotunun düzgün aparılmaması hansı riskləri yaradır?
- Cərimələr və sanksiyalar
- İşçinin iddiası ilə məhkəmə problemləri
- Sığorta və sosial ödənişlərdə uyğunsuzluqlar
- Yoxlama zamanı fəaliyyətin dayandırılması riski
Biz bu problemlərin heç birinə yol vermədən, sizə uyğun həll yolları təqdim edirik.
Əlaqə:
- +994 10 253-02-16
- +994 10 253-02-16
- info@taxvibe.az
-
Çinar Park, Əhməd Rəcəbli 1/25,
Bakı, Azərbaycan